Qeydə alınmış cinayətlər 100 faiz açılıb Hərbi Prokurorluq

07.02.2025

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Səmərəli fəaliyyət nəticəsində 2025-ci ilin yanvar ayında Hərbi Prokurorluqda qeydə alınmış cinayətlər 100 faiz açılıb”.

Gununsesi.info xəbər verir ki, hunu hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Onun sözlərinə görə, Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin, birgə səmərəli fəaliyyətin, o cümlədən görülmüş qabaqlayıcı tədbirlərin nəticəsində 2025-ci ilin yanvar ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrində Əmri icra etməmə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328-ci maddəsi), Fərarilik (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334-cü maddəsi), Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350-ci maddəsi), Maşınları idarəetmə və istismar qaydalarını pozma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351-ci maddəsi), Qəsdən sağlamlığa ağır zərər vurma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsi) və Qəsdən adam öldürmə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi) cinayətləri qeydə alınmayıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью