Qeydiyyat №1020: AZAL vurduğu ziyanı ödəmək əvəzinə, Rusiya prokurorluğuna haqq ödəyir QARABAĞ QAZİSİNDƏN MÜRACİƏT

04.02.2026

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Qarabağ qazisi Məğrur Bədəlli Milli Məclisin sədri Sahibə Qafarovaya, sədr müavini Ziyafət Əsgərova, Milli Məclisi Aparatının rəhbəri Fərid Hacıyevə, deputatlar Arzu Nağıyev və Əminə Ağazadəyə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədova və Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına müraciət edib. Hurriyyet.org müraciəti olduğu kimi dərc edir:

“Müalicəyə getdikləri Soçidən qayıdarkən 23.07.2024 t-xli J28632 reysinə dələduzluqla buraxılmayan, düşmən mərmisinin 5 qabırğasını apardığı, SN-in rəyi ilə xaricdə müalicəyə ehtiyacı olan 1-ci d. Qarabağ əlili Bədəlli Məğrub Ağamalı oğlu və ona qulluq edən 2-ci dərəcəli əlil həyat yoldaşı əlil ailəsindən

AZAL-ın Soçi nümayəndəliyinin cinayətkar hərəkətinə görə vurduğu ziyanı ödəmək yerinə, RF prokurorluğuna, Nəsimi ( Ramin Xəlilov, hazırda Vüsalə Musayeva), Bakı AM-ə ( s/e Azad İmanov, Fuad Talışinski və b.) rüşvət verməklə beynəlxalq 28.05.1999-cu il Monreal və BMT Konvensiyası ilə təminat verilən əlil-istehlakçı, məhkəmə təminat hüququmuzu pozmasından, vurduğu ziyanı cinayətkar saxtalıqla ödəməkdən imtinasından

ŞİKAYƏT

23.07.2024-cü ildə Soçi-Bakı reysinə dələduzluqla buraxılmamağımıza görə Azərbaycan Respublikası Konstitusiyanın 53-cü m-si ilə təminat verdiyi hüquqi müdafiəmizi və hamiliyini həyata keçirmir. 1,5 ildir XİN, RF-dəki səfirlik heç bir hərəkət etmir, adi cavab da vermir. Daşıyıcı AZAL  isə nə gecikmədiyimizi sübut edən  kamera görüntülərini, nə sərnişin siyahısını təqdim edir, nə vurduğu ziyanı ödəyir. Əksinə, RF prokurorluğuna, yerli dövlət qurumlarına, məhkəmələrə rüşvət verərək məhkəmə təminatımıza da qadağa qoydurur. Baş prokurorluq,  beynəlxalq əlaqələr idarəsi və s susur.

Özümüzün RF prokurorluğuna şikayətimizə cavab olaraq, saat 4-45-də qeydiyyatdan keçməyimiz,  ən geci saat 6-45 əvəzinə, öncə 6-42-də, sonda 6-46-da minik qapısında olmağımız, yəni gecikmədiyimiz təsdiq olunub. Amma bunu absurdluqla- AZAL-ın rüşvətilə  gecikmək kimi göstəriblər. İlyarımlıq şikayətlərə cavab olaraq RF baş prokurorluğunun idarə rəisi G. Tyulkov 21.01.2025 t-xli cavabla yazıb ki, biz gecikdiyimizdən sərniçin siyahısından çıxarılmışıq və ÇIXARILANDAN SONRA (?) yerimiz RF-dən DEPORT (?) olunan ANONİM (?) şəxsə 1944-cü il Çikaqo Konvensiyasına əsasən ƏVƏZSİZ olaraq ("BEZVOZMEZDNO") təqdim edilib. (Əlavə olunur, 3-cü abzas). Bu absurd, nağıl  cavabdan şikayətimizə 1 ildən çoxdur RF b.prokurorluğu cavab verə bilmir. AZAL isə bu deport olunan ANONİM şəxsin adını da sərnişin siyahısını təqdim etməklə açıqlamır. AZAL RF PROKURORLUĞUNA BİZİM ƏLİLLİYİMİZİN BARƏSİNDƏ MƏLUMAT OLMADIĞINI DA SAXTALIQLA BİLDİRİB. Nəsimi m-si (h. Ramin Xəlilov, Vüsalə Musayeva, iş 1370/25) MPM-in 78.2 m-si əsasında  vəsatətimə əsasən AZAL-da olan sübutların (kamera görüntüləri və sərnişin siyahısı) məhkəməyə təqdim edilməsinə tapşırıq verib, sübutları toplamır. Heç işin arbitrajın həllinə verilməsini özü təklif etməli olsa da, bu hüququma da qərardadla kobud qadağa qoyub. Qərardaddan 6 şikayətimi isə 1 ildə Bakı AM-ə göndərməyib. (?) 6 aydan sonra MPM-ə "düzəliş" edib ki, səhv edib, nəticə hissədə "QƏRARDADDAN NƏSİMİ MƏHKƏMƏSİNƏ ŞİKAYƏT VERİLƏ BİLƏR" yazıb. "SƏHVİNİ DÜZƏLDİB", "QƏRARDADDAN NƏSİMİ M-SİNƏ KASSASİYA ŞİKAYƏTİ VERİLƏ BİLƏR" (??)şəklinə salıb. Bakı AM (s/e Azad İmanov, Fuad Talışinskivə b. İş 4043/25) bu cinayətkar "düzəliş"ə qiymət vermək yerinə "yuxarı" vicdansızlıqla qüvvədə saxlayıb ki, BİRBAŞA KASSASİYA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT VERMƏLİYƏM. Kassasiya şikayətimi təqdim edəndə isə Azad İmanov və dəstəsi məni CƏRİMƏ ilə ŞANTAJ edən qərardad çıxarıb ki, KASSASİYA ŞİKAYƏTİ VERİLƏ BİLMƏZ.(?) Bu "ikili standart" özbaşınalığına MHŞ 6 aydır qiymət vermir. Belə özbaşınalıq olar? QƏRARDAD ÇIXARIBLAR Kİ, BİRBAŞA ALİ MƏHKƏMƏYƏ KASSASİYA ŞİKAYƏTİ VERİLMƏLİDİR, HƏM DƏ KASSASİYA ŞİKAYƏTİNİ YOLVERİLMƏZ SAYIRLAR. HƏTTA CƏRİMƏ İLƏ HƏDƏLƏYİRLƏR.

Nə Nəsimi m-si, nə də Bakı AM saxta düzəliş qərardadlarına uyğun KASSASİYA şikayətimi Ali M-yə göndərmir, məhkəməni RÜŞVƏT, ÖZBAŞINALIQ BAZARLNA çevirib, icrratı kənardan sifarişlə itiriblər.

Şikayətlərimə cavab olaraq Bakı AM (s/e Azad İmanov) "BAXDIQDAN" 6 AY (?) SONRA işi 13.01.2026-cı ildə Nəsimi m-sinə (Ramin Xəlilovun "AZAL-a RÜŞVƏT XİDMƏTİ, VƏKİLLİYİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİB, APELLYASİYAYA "YÜKSƏLİB") qaytarıb. Və mənə qarşı qərəzli, "Azərişıq" ASC-yə qarşı (8,5 ildir sayğac quraşdırmaqdan imtinaya görə əlil-istehlakçı hüququnun müdafiəsi tələbli) işdə 10.03.2025-ci ildə MÜŞAVİRƏ OTAĞINA GEDİB, 11 AYDIR QAYITMAYAN, OTAQDAN YENİ İCLAS TƏYİN EDƏN (BİLDİRİŞ ƏLAVƏ OLUNUR); ABB-yə qarşı ( banka daxil olan xarici valyuta pulumu kartıma köçürməkdən, verməkdən imtina edən əlil istehlakçı hüququmun müdafiəsi ilə bağlı) işdə ƏRİZƏ VERMƏDİYİM halda, özünə, özbaşınalığına dövlət hesabına vəkil (Ayaz Məmmədzadə) ayırıb, 77 manatı MƏHKUMUN MÜDAFİƏSİ (?) adına "yeyən"; ƏRİZƏ VERƏNDƏ isə işə aid olmayan HAKİMİN (NAİL ABBASOV) qərardadı ilə VƏKİLLƏ TƏMİNATDAN imtina edən, 6287/26 saylı işi 2 aydır Bakı AM-ə göndərməyən VÜSALƏ MUSAYEVAYA verilib. Bu hakimə etiraz(lar)ım əsaslı olsa da, etiraza sədr baxmalı olsa da, indiyədək baxılmayıb. VÜSALƏ MUSAYEVANIN BU İŞƏ (DƏ) BAXMAĞA PROSESSUAL HÜQUQU YOXDUR. VİCDANI VARSA, ÖZÜNƏ ETİRAZ ETMƏLİDİR, ETMİRSƏ (04.02.26-ya iclas təyin edib), İŞDƏN KƏNARLAŞDIRILMALIDIR.

Mən MPM-ə  "düzəlişə" uyğun KASSASİYA  şikayət(lər)imin Ali Məhkəməyə göndərilməsini (demirlər birbaşa kabinetdən Ali M-yə şikayət verilməlidir, vermişəm. Bakı AM, Nəsimi m-si göndərsin də. Niyə 6 aydır göndərilmir?), işin arbitrajın həllinə verilməsini, MPM-in 78.2 m-sinə uyğun vəsatətim əsasında AZAL-da olan iş üçün əhəmiyyətli sübutların -  kamera görüntüləri və sərnişin siyahısının məhkəmənin tələbi ilə məhkəməyə təqdim edilməsinin təmin edilməsini, etirazıma SƏDRİN  baxmasını, işin vicdanlı hakimə verilməsini, dövlət hesabına vəkillə təminatımı(zı) tələb edirəm..

M. Bədəlli

P.S. ÖZBAŞINALIĞA SON QOYULMASA, XARİCDƏKİ TELEKANALLARA MÜRACİƏT EDƏCƏM.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью