Qeydiyyata alınan daşınmaz əmlakların SAYI STATİSTİKA

29.01.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qeydiyyata alınan daşınmaz əmlakların statistik göstəriciləri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova sahə üzrə keçirilən mətbuat konfransında deyib.

Sədr bildirib ki, daşınmaz əmlakın dövlət qeydiyyatı üzrə ümumi göstərici 364 136 təşkil edib. Bu çərçivədə 186 595 torpaq sahəsi, 92 888 mənzil, 71 688 fərdi yaşayış və bağ evi qeydiyyata alınıb.

Eyni zamanda 12 122 qeyri-yaşayış obyekti, 728 əmlak kompleksi kimi müəssisə və 112 çoxmərtəbəli yaşayış binası üzrə də dövlət qeydiyyatı aparılıb.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью