Qeydiyyatda olan işsizlərin sayı məlum oldu

18.03.2026

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

2026-cı il mart ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 250,3 min nəfər olub.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, onların 51,7 faizini qadınlar təşkil edib.

Bildirilib ki, işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 460,9 manat olub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью