Qeydiyyatdan çıxarılma prosesinin sadələşdirilməsi təklif olunur

03.03.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaşayış yerində qeydiyyatdan çıxarılma prosesinin sadələşdirilməsi üçün yeni mexanizm hazırlana bilər.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bugün keçirilən plenar iclasında ötən illə bağlı məruzəsini təqdim edərkən söyləyib.

Səbinə Əliyeva bildirib ki, yaşayış yerinin yeni mülkiyyətçisi tərəfindən həmin ünvana əvvəllər qeydiyyata götürülmüş şəxslərin qeydiyyatdan çıxarılmasının məhkəmədənkənar sadələşdirilmiş mexanizminin işlənib hazırlanması, bununla əlaqədar "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanuna zəruri dəyişikliklərin edilməsi məhkəmələrinin iş yükünün azaldılması və mülkiyyətçinin hüquqlarının daha səmərəli təmin edilməsi baxımından vacibdir.

Bundan başqa, borclu dövlət orqanlarına münasibətdə məhkəmə qərarlarının icrası mexanizmlərinə yenidən baxılması və bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi aktual məsələlərdən biri olaraq qalır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью