Qeyri adi moda nümayişi keçirildi

06.02.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalı modelyer Marc Jacobs Nyu-York Moda Həftəsində adını verdiyi “Marc Jacobs” brendinin 2025-ci il payız-qış kolleksiyasını təqdim edib.

“Cebheinfo.az” xəbər verir ki, moda nümayişi "distopik gəlincik" mövzusunda olub. 

Modelyer kolleksiyasında inflyasiyanı zərərini açıq şəkildə göstərməyə çalışıb.

Modelyer dizaynlarının eynilə inflyasiyada olduğu kimi şişirdilmiş və nəzarətdən çıxdığı mesajını verib. 

Həddindən artıq qabarıq, tüklü, çox uzun, çox uclu və çox yuvarlaq dizaynlar bir kukla evi atmosferi yaradıb. 

Qeyd edək ki, distopiya tez-tez cəmiyyət haqqında utopik bir anlayışın antitezini təsvir etmək üçün istifadə olunur. 

Distopik cəmiyyət avtoritar-totalitar dövlət modeli və ya digər oxşar təzyiq sistemi altında xarakterizə olunur.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью