Qeyri adi qəza: Avtomobillə təyyarə toqquşdu ANBAAN VİDEO

11.08.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, hadisə avqistun 10-da İtaliyanın Milan şəhərindəki Linate hava limanının uçuş-enmə zolağında qəza baş verib. Ümumi aviasiya üçün ayrılmış ərazidə, yerüstü xidmət şirkətinə məxsus ağ rəngli nəqliyyat vasitəsi uçuş-enmə zolağına doğru hərəkət edən Hawker Beechcraft 400A özəl təyyarəsi ilə toqquşub. Nəticədə təyyarə istiqamətini dəyişib. Qəza anı anbaan təhlükəsizlik kamerasında qeydə alınıb.

Qəzada təyyarə heyəti, sərnişinlər və nəqliyyat vasitəsini idarə edən 54 yaşlı qadın sürücü xəsarət almayıb. Hadisədən sonra şokda olan sürücüyə təcili yardım həkimləri tərəfindən tibbi yardım göstərilib. Yanğınsöndürənlər və təcili yardım maşınları əraziyə gəlib. Hadisə ilə əlaqədar olaarq hava limanının fəaliyyəti təxminən 40 dəqiqə dayandırılıb. Bu müddət ərzində ehtiyat tədbiri olaraq enişi planlaşdırılan iki təyyarə Berqamodakı Orio al Serio hava limanına və Milandakı Malpensa hava limanına yönləndirilib.

Qəzanın baş vermə səbəbləri araşdırılır. Toqquşma zamanı təyyarə ciddi zədələnməyib. Lakin videogörüntülərdən aydın görünür ki, nəqliyyat vasitəsi təyyarəyə yaxınlaşarkən ümumiyyətlə əyləc basmayıb. 

Mürtəza
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью