Qeyri ənənəvi həyat tərzi keçirən qadınlar müayinə ediləcək

12.02.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun Qrantı hesabına İmişli, Cəlilabad, Saatlı, Sabirabad, Beyləqan, Fizuli, Yevlax, Bərdə, Ucar, Ağdaş, Kürdəmir rayonlarında qeyri-ənənəvi həyat tərzi keçirən qadınlar arasında İİV infeksiyasının profilaktikasını reallaşdıracaq.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bununla bağlı mərkəz 163.155,00 min manat dəyərində satınalma elan edib.

Vəsaitə həmin ərazilərdə ofisin icarəsi, hüquqşünas, sürücü, digər işçi qüvvəsinin cəlbi nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью