Qeyri ixtisas sahibi vəzifədə olanda...

22.07.2026

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Hər bir iş yerində o işi bacaran öz yerində olanda onda həmin kollektivdə heç kim əziyyət çəkmir. Bax onda hər şey çox yaxşı olur. Amma vay o günə ki, vəzifəyə qeyri-peşəkarı qoyalar. Bax  onda hər şey tərsinə olur.

Və bu, səriştəsiz adam da ətrafına özü kimi insanlar toplayır. Bax onda  görün həmin yerdə vəziyyət necə olacaq. Bu gün ölkəmizdə yeri səhv düşən vəzifə sahibləri var ki. Onlar da işə başlayanda  camaata qan uddurur.

Başqa cür də ola bilməz. İndi çörəyi çörəkçiyə vermirlər.Çörəyi çörəkçilikdən xəbəri olmayanlara verirlər. Su təsərrüfatından xəbəri olmayan suya rəhbər, kənd təsərrüfatından xəbəri olmayanı o təsərrüfata müdir. müəllimlikdən xəbəri olmayını isə idarə rəisi təyin edirlər. Onlar da öz bildiklərini edir, dəvəni aparıb bağlayırlar eşşəyin quyruğuna . Onda  nə olur! Onda da xiyar əyri bitir!!!

Emil FAİQOĞLU        

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью