Qeyri neft ixracına pambıq dəstəyi

17.06.2026

Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı ilin yanvar-may aylarında pambıq lifi ixracı 112 milyon 937 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 90 milyon 342,2 min dollar idi. Dəyər ifadəsində artım 22 milyon 594,8 min dollar və ya 25% olub.

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Gömrük Statistikasına istinadən xəbər verir.

Miqdar ifadəsində ixrac 62 min 659,4 tondan 81 min 502,7 tona yüksəlib. Artım 18 min 843,3 ton və ya 30,1% təşkil edib.

Pambıq lifi ixracında artım əsasən həcmin böyüməsi ilə bağlıdır. Miqdar artımı dəyər artımından yüksək olduğuna görə orta ixrac qiymətində azalma ehtimalı var. Buna baxmayaraq, pambıq lifi qeyri-neft ixracında mühüm artım mənbələrindən biri olub.

Pambıq iplik ixracı 134,8% artıb 

2026-cı ilin yanvar-may aylarında pambıq iplik ixracı 23 milyon 241 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 9 milyon 897,3 min dollar idi. Dəyər ifadəsində artım 13 milyon 343,7 min dollar və ya 134,8% olub. Miqdar ifadəsində ixrac 4 min 81,6 tondan 10 min 460 tona yüksəlib. Artım 6 min 378,4 ton və ya 156,3% təşkil edib.

Pambıq iplikdə artım həm həcm, həm də dəyər üzrə çox güclüdür. Miqdar artımının dəyər artımından yüksək olması orta qiymətdə müəyyən azalma ehtimalını göstərsə də, bu məhsul emal olunmuş sənaye ixracının genişlənməsi baxımından müsbət göstəricidir.

İş elanları AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью