Qeyri neft özəl sektorunun əmək müqavilələrində payı 54 % ə yüksəlib

19.11.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək qeyri-neft-qaz özəl sektorunda gündəlik orta hesabla 200-ə yaxın yeni iş yeri yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşunda çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, əməkhaqqı islahatları nəticəsində sektorda əmək müqavilələrinin sayı 481 min artaraq 1 milyonu ötüb.

Beləliklə, qeyri-neft özəl sektorunun əmək müqavilələrində payı 38 %-dən 54 %-ə yüksəlib.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью