Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2025-ci ilin yanvar-noyabr aylarında qeyri-neft-qaz sektorundan əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 8,7 faiz artıb.
Dövlət Vergi Xidmətinin məlumatına görə, bu sektordan daxil olmalar daxilolmalar 11 milyard 187,6 milyon manat olub, proqnoz 102,7 faiz icra edilib.
Ödənilən vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun, 26,9 faizi isə neft-qaz sektorunun payına düşüb.
Bu artım iqtisadi canlanma, yoxsa vergi yükünün ağırlaşması deməkdir?
Qaynarinfo-ya açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib ki, söhbət fantastik rəqəmlərdən getmədiyi üçün bunu orta tempdə, stabil artım kimi qiymətləndirmək olar.
Onun sözlərinə görə, prosesə iki fərqli prizmadan yanaşmaq mümkündür: "Əgər vergi daxilolmaları artıbsa, bu, iqtisadi aktivliyin yüksəlməsi, sahibkarların və dövriyyələrin çoxalması, büdcə ödənişlərinin artması ilə bağlı ola bilər.
Digər tərəfdən, vergi yükünün artırılması, əvvəlki dövrlər üzrə yığılmayan vergilərin tələb olunması, kameralların genişləndirilməsi və bəzi sahələrdə vergi-rüsum artımları hesabına da bu göstəricilər yüksələ bilər.