Qeyri neft sənayesi 5,4% artdı

09.10.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı ilin ilk 9 ayında Azərbaycanda qeyri-neft sənayesində nəzərəçarpan artım müşahidə olunub. Cari ilin yanvar-sentyabr aylarında qeyri-neft-qaz sənayesi üzrə istehsalın həcmi 5,4 faiz artaraq 16 milyard 558,0 milyon manata çatıb. Ümumi sənaye məhsulunun həcmi isə 51 milyard 178,1 milyon manat təşkil edib.

“Yeni Sabah” xəbər verir ki, real sektorun digər istiqamətlərində də yüksəliş qeydə alınıb. Belə ki, informasiya və rabitə xidmətləri 11,1 faiz (3 milyard 257,1 milyon manat), nəqliyyat və anbar təsərrüfatı xidmətləri 10 faiz (12 milyard 816,6 milyon manat), pərakəndə ticarət dövriyyəsi isə 3,8 faiz (50 milyard 774,7 milyon manat) böyüyüb.

Bundan əlavə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,1 faiz artaraq 11 milyard 905,3 milyon manat olub. Pepperoni pizza

Cəlalə Cəlalqızı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью