Qeyri neft sütunları üzərində... | Icma.az
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Büdcədə qeyri-neft yığımlarının həcmi 8 milyard manatı ötüb Azərbaycanda davam edən iqtisadi inkişaf 2025-ci ilin yanvar-avqust aylarında fiskal yığımların da artmasında mühüm rol oynayıb.
Bu dövrdə müsbət sosial-iqtisadi inkişaf göstəriciləri, ələlxüsus da qeyri neft-qaz sektorunda əhəmiyyətli artımın baş verməsi iqtisadi yığım sütunlarının qeyri-neftə əsaslanmasına səbəb olub.
Biznes sektorunun fəallığımnın yüksələməsi, tikinti-inşaat, xidmət, turizm sahələrində yeni əlavə dəyərin formalaşması, neftdən kənar sahələrdə yığım mənbələrinin genişlənməsi, şəffaflaşma ilə bağlı görülən tədbirlər büdcə-fiskal yığımlarda əhəmiyyətli artımı təmin edib.
Qeyd edilən dövr ərzində xəzinədarlıq orqanları tərəfindən 972 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Belə ki, ötən 8 ay ərzində dövlət büdcəsinin gəlirləri 26 359,4 milyon manat təşkil edib ki, bu da səkkiz aylıq proqnozu 698,7 milyon manat və ya 2,7 faiz üstələyib.
Biznesin fəallığı, işgüzar aktivliyin artması Büdcə gəlirlərində əsas fiskal sütun kimi vergi daxilolmalarında daha çox artım qeydə alınıb.
Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 11 milyard 561,1 milyon manat təşkil edib ki, bu da proqnozdan 592,1 milyon manat və ya 5,4 faiz çoxdur.
Tam oxu
Xəbəri oxu