Qeyri neftqaz ixracı 2 faizə yaxın artıb

10.12.2024

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu ilin, 11 ayında Azərbaycan 923 milyon dollar dəyərində yeyinti məhsulları ixrac edib. Bu da illik müqayisədə 12,3% artım deməkdir.

Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda qeyd edilib.

Ümumilikdə hesabat dövründə Azərbaycanın qeyri neft-qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artaraq 3,1 milyard dollar təşkil edib. Qeyri-neft ixracında ən çox artım şəkər və şəkərdən hazırlanan qənnadı məhsullarda baş verib - 65,4%. Cari ilin 11 ayında pambıq lifinin ixracı 52,6% artaraq 170 milyon dollar, qiymətli metallar 29% artaraq 189,8 milyon dollar təşkil edib.

Aqrar məhsullar üzrə ixracda artım 4,4% olub. Azərbaycan 2024-cü ilin yanvar-noyabr ayları ərzində xaricə 701,7 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulları satıb. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracında artım isə 15,9%-ə bərabər olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью