Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq. "Çimnaz Sultanovanın ölümündə həkim səhvi olmayıb.
Müğənni Manaf Ağayev aktrisanın ölümü haqqında düzgün olmayan ifadələr işlədib.
Musiqiçinin hər hansı bir məsələ barədə yanlış fikir bildirməsi düzgün deyil".
Bunu Teleqraf.com-a açıqlamasında Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin müdiri Günay Kazımova müğənni M.Ağayevin aktrisa Ç.Sultanovun ölümündə həkim səhvinin olması barədə fikirlərinə münasibət bildirərkən deyib.
O söyləyib ki, təmsil etdiyi tibb müəssisəsi Ç.Sultanovanın keçirdiyi cərrahi əməliyyatlar, müalicə prosedurları və müddətləri, əməliyyatlardan əvvəlki və sonrakı durumu barədə rəsmi məlumat yayıb: "Bakı Sağlamlıq Mərkəzi rəsmi araşdırmaların aparılması və müvafiq ekspertizanın keçirilməsinə hazır olduğunu bildirib.
Ekspertizanın rəyi olmadan Çimnaz Sultanovanın ölümünü həkim səhvi kimi qeyd etmək qeyri-peşəkar yanaşmadır.
Hər hansı həkim ixtisası olmayan bir insanın həkimlər haqqında və ölüm hadisəsini həkim səhvi ilə əlaqələndirməsi hər hansı musiqiçiyə yaraşmaz.
Manaf Ağayev iddia edir ki, ölüm hadisəsi həkim səhvi ucbatından baş verib.