Qeyri sabit hava ilə bağlı kompleks tədbirlər görülür ADY

04.02.2026

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə kompleks nəzarət tədbirləri görür.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq ADY-dən bildirilib.

Qurumun məlumatına görə, hazırda bütün qatarlar qrafik üzrə hərəkəti təmin edilir.

“Sərnişinlərimizi platformalarda hərəkət zamanı diqqətli olmağa və dəmiryol xətlərini yalnız müvafiq keçidlərdən istifadə etməklə keçməyə çağırırıq”, – deyə məlumatda qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью