Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən, xüsusilə dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən son dərəcə diqqətli olmaları xahiş olunur. İdarə etdikləri nəqliyyat vasitələrinin qış fəslinə uyğun texniki cəhətdən saz vəziyyətdə olmasına, ən azı qış şinləri ilə təchiz edilməsinə xüsusi diqqət yetirilməlidir.
Əks təqdirdə nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yarana, bu isə digər hərəkət iştirakçılarına maneələr törədə, yollarda sıxlıq və ləngimələrə səbəb ola bilər. Eyni zamanda, bu cür hallar Agentliyin qar təmizləyən və yol istismarına cəlb olunan xüsusi texnikasının zəruri ərazilərə vaxtında çatmasına da əngəl yarada bilər.
Bu üzdən sürücülərə hava şəraitini nəzərə almağı və səfərə hazırlıqlı çıxmağı tövsiyə edirik.
Milli.Az