Qeyri sabit hava şəraiti iyunun 24 ü axşamadək davam edəcək

22.06.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Xidmətdən APA-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Zaqatalada 26, Balakəndə 10, Tovuzda 9, Gədəbəydə 4, Qax (Sarıbaş), Şəki, Şahdağ, Daşkəsən, Mingəçevir, Şəmkir, Xınalıq, Oğuz, Qusar, Qrız, Şabran, Gəncə, Şahbuz, Naxçıvanda 3 mm-dir.

Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 20 m/s-dək güclənir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti qeydə alınır.


Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 24-ü axşamadək davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью