Qeyri sabit hava şəraiti nə vaxta qədər davam edəcək?

03.07.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə ərazisində müşahidə olunun qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir:

"Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Bakıda və Abşeron yarımadasında da küləkli hava şəraitinin iyulun 6-si axşamadək davam edəcəyi gözlənilir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью