Qeyri sabit hava şəraiti nə vaxtadək davam edəcək?

05.11.2025

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.

Noyabrın ilk həftəsində ölkəmizdə hava şəraiti dəyişkən olaraq qalır. Havanın dəyişkənliyi həm Bakıda, həm də bölgələrdə hiss olunur.  Bəs qeyri-sabit, yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? 

Bununla bağlı Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Missiya.Az-a bildirib ki, noyabrın 6-7-də Bakı və Abşeron yarımadasında şimal-şərq küləyi əsəcək, hava əsasən yağmursuz keçəcək.

"Havanın maksimal temperaturu 15-18 dərəcə isti olacaq, yalnız bəzi şərq rayonlarında qısamüddətli çiskinli yağış ehtimalı var. Mülayim şərq küləyi əsəcək, temperatur aran rayonlarında 17-21, dağlıq ərazilərdə isə 5-9 dərəcə isti olacaq".

Seyranə Quliyeva
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью