Qeyri sabit hava: SOCAR da işlər məhdudlaşdırıldı

19.02.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Axar.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.

“Bütün sahələrdə məlumatlandırma aparılır, mövcud vəziyyət nəzarət saxlanılır”, deyə məlumatda qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью