Qeyri sabit hava uçuşlara təsir edəcək? AÇIQLAMA

21.02.2025

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşlar cədvələ uyğun şəkildə həyata keçirilir.

Modern.az-ın məlumatına görə, hava limanından bildirilib ki, uçuşların təhlükəsiz və fasiləsiz icrasını təmin etmək məqsədilə bütün zəruri tədbirlər görülməkdədir. Uçuş-enmə zolaqları və sürmə yolları mütəmadi olaraq xüsusi texnika vasitəsilə təmizlənir və buzlanmaya qarşı xüsusi maddələrlə emal edilir. Bundan əlavə, hava gəmilərinin buzlanmadan qorunması üçün "de-icing" (buzdan təmizləmə) prosedurları tətbiq olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью