Qeyrietik paylaşımlar edən daha bir tiktoker həbs edildi

26.11.2024

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik və qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, tədbirlərlə 1994-cü il təvəllüdlü, “Sako” ləqəbli Sadiq İsmayılov saxlanılıb. Ondan narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.

Müvafiq qərarla S.İsmayılov 60 sutka inzibati qaydada həbs edilib.

Məlumatı DİN-in Mətbuat xidmətindən saytımıza təsdiq ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью