Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovanın SİA-ya verdiyi müsahibəni təqdim edirik: - Vətəndaşlar icbari tibbi sığorta ilə hansı diaqnostik xidmətlərdən istifadə edə bilərlər?
- İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə 3315 tibbi xidmət qarşılanır.
Vətəndaşlar bu xidmətlər sırasında xəstəliklərin erkən diaqnostikası üçün nəzərdə tutulan funksional, instrumental və laborator müayinələrdən tibbi göstəriş əsasında istifadə edə bilərlər.
Müalicənin effektivliyinin artırılmasında erkən və dəqiq diaqnostikanın rolu çox əhəmiyyətlidir.
Vətəndaşlar bu diaqnostik xidmətlərdən yararlanaraq orqanlarının vəziyyətini yoxlaya, dəqiq diaqnostikanı, , orqanizmdəki kimyəvi və fiziki prosesləri öyrənə, həmçinin patoloji dəyişikliklərdən vaxtında xəbərdar ola bilərlər.- Bu xidmətlərdən icbari tibbi sığorta hesabına necə yararlanmaq mümkündür?- İcbari tibbi sığorta hesabına tibbi xidmətlərdən istifadə emtək üçün tək şəxsiyyət vəsiqəsi ilə TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri və ya Səhiyyə Nazirliyinin tabeliyində olan 9 elmi-tədqiqat institutlarından birinə müraciət etmək kifayətdir.
İxtisaslı həkim pasiyenti müayinə etdikdən sonra diaqnozun dəqiqləşdirilməsi üçün lazımi müayinə metodlarını göndəriş vərəqəsi əsasında təyin edir.
- Funksional diaqnostika nədir? Bura hansı xidmətlər daxildir?- Funksional diaqnostika orqanların funksional vəziyyətini, işləmə qabiliyyəti