Qeyrineftqaz sektorundan vergi daxilolmaları 14 % artıb

15.11.2024

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

2024-cü ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard 148,4 milyon manatdan çox vergi daxil olub və proqnoza 104,4 % əməl edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, qeyri-neft-qaz sektorunda daxilolmalar 9 milyard 551,4 milyon manatdan artıq təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 13,9 % artıb.

Ödənilən vergilərin 67,5 %-i qeyri-neft-qaz sektorunun, 32,5%-i isə neft-qaz sektorunun payına düşüb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью