Qeyrineftqaz sektorundan vergi daxilolmaları 14 faiz artıb AZƏRTAC

11.12.2024

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 11 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 14 milyard 993 milyon manata yaxın vergi daxil olub, proqnoza 104,1 faiz əməl edilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, ödənilən vergilərin 68,6 faizi qeyri-neft-qaz sektorunun, 31,4 faizi isə neft-qaz sektorunun payına düşüb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 10 milyard 286,2 milyon manatdan artıq olub, dövlət büdcəsinə proqnozdan əlavə 292 milyon manatdan çox vəsait ödənilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 14,1 faiz artıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью