Qeyrirəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? | Icma.az
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində Siyəzən rayonunda yerləşən qum-çınqıl karxanasından 103 minlik avadanlıqların oğurlanması ilə bağlı keçirilən prosesdə maraqlı faktın üstü açılıb.
Axar.az xəbər verir ki, məhkəmə zamanı iddiaçı kimi Bakı şəhərinin rayonlarından birində vaxtilə icra başçısı olmuş İ.M inisiallı şəxsin sürücüsü M.Məmmədov tanınıb.
İcra başçısı da məhkəmədə ifadə verib və karxananın ona məxsus olduğunu dolayısı ilə təsdiqləyib.
Teleqraf.com-un məlumatına görə, ittiham olunan tərəf isə icra başçısının onun bacısından qisas aldığını bildirib.
Onun sözlərinə görə, bacısı sabiq icra başçısı ilə qeyri-rəsmi nikahda olub və karxananı da İ.M bacısına bağışlayıb.
Təqsirləndirilən şəxsin bacısı da məhkəmədə ifadəsində bunu təsdiqləyib.
Maraqlıdır, qeyri-rəsmi nikahda yaşadığı qadına karxana bağışladığı bildirilən İ.M. inisiallı icra başçısı kimdir?
Tam oxu
Xəbəri oxu