Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır. Azərbaycanda qadın doğuşdan sonra ölüb.
“Qafqazinfo” xəbər verir ki, Zunud kənd sakini 1998-ci il təvəllüdlü Nigar Kərəm qızı Qarayeva fevralın 14-də Şəki Regional Perinatal Mərkəzində qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.
Səhhəti pisləşən qadın fevralın 15-də xəstəxanada vəfat edib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.