Qəyyumluğa verilən 14 yaşlı yeniyetməyə İŞGƏNCƏ verildi Bəs ona kim NƏZARƏT edirdi? | Icma…
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, Sabunçuda yetkinlik yaşına çatmayan şəxs qəyyumu, öz xalası tərəfindən fiziki zorakılığa məruz qalıb.
Araşdırmalardan sonra qəyyum Günay Ramiz qızı Novruzova cinayət məsuliyyətinə cəlb olunaraq saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi – FOTO Hadisədən sonra cəmiyyətdə kimlərin qəyyum ola biləcəyi, qəyyum olan şəxsin sağlamlığı, psixoloji durumunun yoxlanılması məsələsi müzakirə olunur.
Qəyyumluğa verilənlərin sonrakı yaşayışının mütəmadi nəzarətdə saxlanılması, yoxlanılması da cəmiyyəti maraqlandıran məsələlərdəndir.
Ailə Məcəlləsinə əsasən, müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Qəyyumluq 14 yaşınadək olan uşaqlar üzərində təyin edilir.Uşaqlara qəyyum təyin edilərkən qəyyumun əxlaqı və başqa cəhətləri, onun qəyyumluq vəzifəsini yerinə yetirə bilməsi, onun, həmçinin, ailəsinin uşaqla münasibəti nəzərə alınmalıdır.Burada uşağın öz istəyi də nəzərə alınmalıdır.
Bəs uşağın qəyyumluğa verilməsində iştirak edən Sabunçu Rayon İcra Hakimiyyəti qanunda göstərilənlərə əməl edibmi?Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, uşaqların qohumu quruma ərizə ilə müraciət edərək uşaqlara himayədar və qəyyum olmaq istədiyini bildirib: “Azyaşlı Məlikov Ülvinin (Ad və soyad şərtidir) anası mərhum Məmmədova Fəridə İsmayıl qızı 2019-cu ildə həyat yoldaşı Məmmədov Vüsal Nizami oğlu tərəfindən dəfələrlə məişət zorakılığına məruz qalıb, məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupuna müraciət etmiş və monitorinq və əlaqələndirmə qrupu tərəfindən Qısamüddətli Mühafizə Orderi ilə təmin edilib.
Tam oxu
Xəbəri oxu