Qəza 580 abonenti qazsız qoydu KONKRET

12.03.2025

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Oğuz rayonunda qaz xəttinə dəyən avtomobil 580 abonenti qazsız qoyub.

KONKRET.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Opel” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaz xəttinə çırpılıb və nəticədə qaz xəttinə ciddi ziyan dəyib.

Hadisə zamanı Padar və Yemişənli kəndlərində 580 abonentə mavi yanacağın verilişi dayandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью