Qəza anında dua edən sərnişin sağ qaldı Stüardessadan danışdı VİDEO

25.12.2024

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsindən sağ çıxan sərnişinlərdən biri qəzanın son anlarını təsvir edib.

Bakupost.az Rusiya "Telegram" kanallarına istinadən xəbər verir ki, qəzanın canlı şahidi stüardessasının öz vəzifəsini layiqincə yerinə yetirdiyini vurğulayıb.

"Stüardessalar öz işlərini layiqincə icra etdilər. Baş stüardessa qadın idi, sona qədər təmkinini qorudu, bütün təlimatları izah etdi, bilmirəm o, qəzadan sağ çıxa bildi, ya yox, amma işinin öhdəsindən layiqincə gəldi" , - deyə o bildirib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью