Qəza işığı ilə park edən sürücüləri cərimə gözləyir? DYP dən açıqlama

03.06.2026

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial şəbəkələrdə avtomobillərin qəza işıqlarını yandıraraq parklanma edilməsinin qadağan olunduğu ilə bağlı məlumatlar yayılıb.

İddialara görə, sürücü avtomobili hansı istiqamətdə park edirsə, həmin istiqamətə uyğun dönmə işığını yandırmalıdır. Əks halda, onu 80 manat məbləğində cərimə və 2 cərimə balı gözləyir.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli AZXEBER.COM-a açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Onun sözlərinə görə, 80 manat məbləğində cərimə və 2 cərimə balı nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin ikinci sırasında və ya digər hərəkət zolağında saxlanılmasına görə tətbiq edilir:

"Parklanma zamanı qəza işıqlarının və ya dönmə işıqlarının istifadəsi ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar doğru deyil. Bu barədə səsləndirilən fikirlər reallığı əks etdirmir”.

Şahanə Ziyad

Bu gönderiyi Instagram'da gör

Azxeber Media (@azxeber)'in paylaştığı bir gönderi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью