Qəza keçirən futbolçu evə buraxıldı

31.12.2024

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Vest Hem"in hücumçusu Maykl Antonio bu gün xəstəxanadan buraxılıb. 

QOL.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. 34 yaşlı futbolçu Londonun mərkəzi xəstəxanasında ayağından əməliyyat olunub. Hazırda o, bərpa prosesini ev şəraitində davam etdirəcək. 

Qeyd edək ki, daha öncə Maykl Antonio avtomobil qəzası keçirmişdi. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью