Qəza qurbanları yad edilir FOTO VİDEO YENİLƏNİB

26.12.2024

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Bu gün Azərbaycanın bütün rayonlarında olduğu kimi, Samuxda da AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Avtosfer.az xəbər verir ki, saat 12:00-da rayon ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.

İnsanlar həlak olanların xatirəsinə ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Sükut dəqiqəsi zamanı dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.

***

Xəbər verdiyimiz kimi, Aktauda baş verən təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycanın hər yerində saat 12.00-da sükut elan olunub.

Gəncə şəhərindən sükut dəqiqəsinin görüntülərini təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью