Qəza Sabirabadın 9 kəndini qazsız QOYDU

16.05.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəza səbəbilə Sabirabad rayonun 9 kəndində qaz təchizatı dayandırılıb.

"Unikal"ın məlumatına görə, buna səbəb Sabirabad rayon kəndlərini təbii qazla təmin edən diametri 315 mm-lik PE yeraltı qaz kəmərininin Qaralı kəndi ərazisindən keçən hissəsini "Hunday" markalı ekskavator tərəfindən qazıntı işləri aparan zaman zədələnmədir. 

Nəticədə qəza vəziyyətinin aradan qaldırılması məqsədilə işlər başa çatanadək Sabirabad rayonunun 9 kəndində - Qaralı, Cavad, Əlcanlı, Balvar, Həsənli, Türkədi, Zəngənə, Yolçubəyli, Narlıq kəndlərində (ümumi 3872 abonent) qaz təchizatı daxlidən dayandırılıb.

Xəlil Əliyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью