Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11.11.2025

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Türkiyənin "C-130" hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində, Azərbaycanla sərhəddən 5 kilometr aralıda qəzaya uğrayıb.
Gürcüstanda qəzaya uğrayan Türkiyənin "C-130" hərbi təyyarəsi heç bir fəlakət siqnalı vermədən radarlardan itib.
Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, bu məlumatı Gürcüstan Hava-Naviqasiya Xidməti ("Sakaeronaviqasiya") bildirib.
"Türkiyənin "C-130" təyyarəsi Gürcüstan ərazisinə daxil olduqdan bir neçə dəqiqə sonra fəlakət siqnalı ötürmədən radarlardan itib, bundan sonra "Sakaeronaviqasiya" axtarış-xilasetmə əməliyyatlarına başlayıb", - bəyanatda deyilir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью