QƏZA SERİYASI: Kanadada sərnişin təyyarəsi alovlanıb VİDEO

29.12.2024

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Hurriyyet.az xəbər verir ki, Kanadada sərnişin təyyarəsi yerə enəndən sonra alovlanıb. 
"Kanada Hava Yolları"na məxsus sərnişin təyyarəsinin "Qalifaks" aeroportunda sərt enişindən sonra göyərtənin bir hissəsi alovlanıb. Aeroport müvəqqəti olaraq bağlanıb, sərnişinlərin bir qismi evakuasiya edilib. Zərərçəkənlərin olmadığı bildirir.
Bu barədə "Qalifaks" aeroportunun X hesabında və "CBC News" kanalında məlumat verilib.
Hadisə dekabrın 28-də axşam saatlarında baş verib. "Air Canada" şirkətinin təyyarəsi Niderlanddan ölkəyə qayıtdıqdan sonra eniş zamanı problemlə üzləşib. Sərnişinlərin sözlərinə görə, təyyarə enərkən güclü silkələnmə baş verib.
Hürr Tərcüman

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью