Qəza təhlükəsi barədə sərnişinlər gec xəbərdar edilib Tramp

31.01.2025

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Vaşinqton səmasında sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşma təhlükəsi ilə bağlı sərnişinlərə gec məlumat verilib"
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
“İnsanlar nə baş verdiyini bilirdilər. Müəyyən xəbərdarlıqlar olub, amma çox gec. Demək olar ki, onlara məlumat veriləndən bir neçə saniyədən sonra qəza baş verib”, - Ağ Evin rəhbəri bildirib.
Qeyd edək ki, yanvarın 30-da Kanzasdan uçan "Bombardier CRJ700" sərnişin təyyarəsi Vaşinqtonun Reyqan hava limanına enərkən havada "Sikorsky H-60" ​​hərbi helikopteri ilə toqquşub. Hər iki təyyarə Potomak çayına düşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью