Qəza törədən sürücü 4 gün sonra öldü

30.05.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

5 gün əvvəl Ağsuda qəzaya düşən sürücü xəstəxanada ölüb.

"Unikal"ın məlumatına görə, hadisə mayın 25-i baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Abdullayev Radim Əlbaba oğlu “Mercedes” markalı avtomobili ilə hərəkət edərkən avtomobilin idarəetməsini itirməsinə görə yoldan çıxaraq aşıb.

R.Abdullayev ötən gün Ağsu Rayon mərkəzi xəstəxanasında ölüb.

Fakta görə cinayət işi başlanılıb, istintaq aparılır.

Murad İbrahimli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью