Qəza zamanı aşan yol nişanı sürücülər üçün təhlükə yaradır VİDEO

22.07.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paytaxtın Ramana qəsəbəsində qəza zamanı aşmış yol nişanları sürücülər üçün təhlükə yaradır. Avtosfer.az xəbər verir ki, bir neçə gün öncə Ramana İdman Kompleksinin yaxınlığında baş verən qəza nəticəsində avtomobil yol nişanına çırpılıb. Hərəkət istiqamətini və üstünlüyü bildirən nişanlar aşaraq yolun kənarında qalıb. Lakin həmin nişanları əvvəlki yerinə bərpa edən yoxdur. Bu isə sürücülərin narazılığına səbəb olub.

Onlar bildirirlər ki, nişanların olmaması gecə vaxtı yolu tanımayan sürücülər üçün təhlükəyə səbəb ola bilər.

Ümid edirik ki, hərəkətin təşkili ilə məşğul olan qurumlar tez bir zamanda yaranmış problemi aradan qaldıracaq.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью