Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
- + Baş vermiş təyyarə qəzasından sonra sosial şəbəkədə hər kəs mütəxəssisə çevrilərək, təyyarənin niyə dənizə deyil, quruya eniş etdiyini müzakirə edir.
Tribunainfo.az məsələ ilə bağlı araşdırma aparıb. Belə ki, hava nəqliyyatı dünyada ən təhlükəsiz nəqliyyat növlərindən biri hesab olunsa da
Bu cür vəziyyətlər pilotların səriştəsini, təyyarə sistemlərinin effektivliyini və fövqəladə hallar prosedurlarını çox sınaqdan keçirir.
Bir çox təcili enişlər mühərrikin nasazlığı, yanacaq çatışmazlığı və ya hava şəraitinin qəfil dəyişməsi kimi gözlənilməz hallar səbəbindən baş verir.
Belə vəziyyətlərdə pilotlar sərnişinlərin və ekipajın təhlükəsizliyini təmin etmək üçün əvvəlcədən müəyyən edilmiş fövqəladə hallar prosedurlarına əməl edirlər.
Təyyarə nə vaxt quruya enir? Təyyarələr planlaşdırılmamış əraziyə enərkən hava hərəkətinə nəzarətlə koordinasiyada çox diqqətli davranır.
İkinci dərəcəli uçuş-enmə zolaqları və ya sahələr kimi alternativ yerlər yalnız əsas uçuş-enmə zolaqları yararsız olduqda və hava gəmisinin daha artıq havada qalması mümkün olmadıqda nəzərə alınır.