Qəza zamanı vətəndaşa dəymiş ziyan ödənilmir ŞİKAYƏT VİDEO

31.03.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ucarda 6 aydır ki, vətəndaşa dəymiş ziyan ödənilmir.

Avtosfer.az-ın məlumatına görə, ötən ilin oktyabr ayının 1-də Ucarda yanacaq daşıyan yük maşınının qəzaya  düşməsi nəticədə baş vermiş partlayış zamanı rayonun Müsüslü kənd sakini Səbirə Şərifovaya məxsus mülkə və təsərrüfata ziyan dəyib. Vətəndaşın sözlərinə görə, yanğın zamanı tövlənin damı, xeyli bağları, anbarda olan taxıl və xırdabuynuzlu heyvanları tələf olub.

Şikayətçinin sözlərinə görə, sığorta şirkətinin nümayəndələri onların təsərrüfatına baş çəkib. Baxış zamanı təsərrüfat sahibinə 6000 manat ödəniləcəyi bildirilib. Ancaq hadisənin baş verməsindən aylar keçsə də ödənişini  ala bilmir.

Daha ətraflı videomaterialda.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью