Qəzada 2 yaşlı oğlu öldü Foto

19.02.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Füzulidə ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Alıxanlı kəndindən keçən hissəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Xəyyam Məmmədovun idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə Əmrah Məhərrəmovun sürdüyü “Belarus” markalı traktor toqquşub.

Nəticədə X. Məmmədovun avtomobilində olan oğlu 2023-cü il təvəllüdlü Rəşad Məmmədov aldığı xəsarətlərdən Füzuli Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью