Qəzada bu şirkətin 2 əməkdaşı həlak olub

26.12.2024

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Qazaxıstanın “KazMunayQaz” şirkətinin kollektivi Aktauda baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məluimat yayıb. 

Şirkətdən bildirilib ki, “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarə qəzasında həlak olan sərnişinlər arasında şirkətin həmkarları da var: "Jumaqulov Baurjan Jumabayuli, "Uzenmunayservis" MMC-nin işçisi, 4-cü dərəcəli tokar köməkçisidir. Baurjan 2018-ci ildən şirkətdə çalışır. “Uzenmunayservis” MMC KMG-nin müəssisəsidir.

Tolesinov Sandibek Ekibayuly, "OilFieldService" MMC-nin mexaniki və energetika şöbəsinin mühəndisidir. Sandibek 16 il sənayedə çalışıb. 

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью