Qəzada həlak olan bacıqardaşın valideynləri yox imiş

29.12.2024

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində dünyasını dəyişənlər arasında Qusar rayon sakinləri bacı-qardaş Əli Mirzəbəy oğlu və Xədicə Mirzəbəy qızı Əlimirzəyevlər yer alıblar.

Axşam.az xəbər verir ki, "Təsir dairəsi" bacı-qardaşın Qusardakı evində olub. Qonşuları bildirib ki, onların nə anası, nə atası olub. 

"Biz uşaqların evdə olduğunu bilirdik. Heç kim bilmirdi ki, çıxıb gediblər. Özbaşına gediblər. Televizordan bildik ki, uşaqların da adı təyyarədə qəzada həlak olanlar sırasındadır" deyə, qonşu açıqlamasında deyib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью