Qəzada həlak olan Əli bacısının yanında dəfn olundu FOTO

29.12.2024

Icma.az bildirir, Bakupost portalına istinadən.


Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan Qusar sakini Əli Əlimirzəyevin cənazəsi doğma kəndinə gətirilib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, vida mərasimindən sonra Sudur oba kənd qəbiristanlığında bacısı Xədicə Əlimirzəyevanın yanında torpağa tapşırılıb.

Qeyd edək ki, təyyarə qəzasında həlak olanlardan ikisi Qusar rayonundadır. Bacı-qardaş olan, 22 yaşlı Əli Əlimirzəyev və 19 yaşlı Xədicə Əlimirzəyeva Qusar rayonunun Sudur oba kənd sakinləridir.

Xatırladaq ki, Xədicə Əlmirzəyevanın nəşi dekabrın 27-də Sudur oba kənd qəbiristanlığında dəfn olunub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью