Qəzada həlak olan qadın müəllim imiş FOTO

13.11.2024

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 9-da Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində həlak olan sərnişin 1967-ci il təvəllüdlü Kəbirə Əliyeva müəllim imiş.

O, Şəmkir rayon İ.Əliyev adına Füzuli qəsəbə tam orta məktəbində çalışırmış.

Qeyd edək ki, hadisə Gəncə-Şəmkir yolunda qeydə alınıb. “Mercedes” və “Opel” markalı maşınların toqquşması nəticəsində sürücülər 2001-ci il təvəllüdlü S.İsgəndərov və 1962-ci il təvəllüdlü F.Əliyev xəsarət alıb. F.Əliyevin avtomobilində sərnişin olan K.Əliyeva isə xəstəxanaya çatdırılsa da, vəfat edib.

Kəbirə Əliyevanın fotosunu təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью