Qəzada həlak olan Qoşqar ailənin yeganə oğlu imiş

25.12.2024

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsində olan həmyerlilərimizdən biri də məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, 1997-ci il təvəllüdlü Sadıqov Qoşqar Firudin oğlu qəzada həlak olub.

O, Cəlilabad rayonu Mirzəli kənd sakini idi.

Məlumata görə, ailədə bir qardaş bir bacı olan Qoşqar subay idi, Qroznıda çalışırmış.

Bu gün Qoşqarın ailəsindən DNT analizi götürülüb.

Surxay Şahbazov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью