Qəzada həlak olan Raminin yas mərasimi keçirilir FOTO

29.12.2024

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Qazaxıstanın Aktau şəhərində qəzaya düşən təyyarənin həlak olan sərnişinlərindən Ramin İbrahimovun yas mərasimi keçirilir.

Bakupost.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, mərasim R.İbrahimovun doğulduğu Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində baş tutur.

Mərasimdə R.İbrahimovun yaxınları, dövlət rəsmiləri iştirak edirlər.

Bir qədər sonra mərhumun cənazəsi ailəsinə təhvil veriləcək və vida mərasimi keçiriləcək.

Daha sonra o, doğulduğu kənddə dəfn olunacaq.

Qeyd edək ki, 26 yaşlı R. İbrahimov Çeçenistana işləmək üçün gedirmiş.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью